satellite   Azerspace-1: 11135 H 30000

"Barselona"nın qapıçısı zədə səbəbindən mövsümü başa vurub

"Barselona"nın qapıçısı zədə səbəbindən mövsümü başa vurub

İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen zədə səbəbindən mövsümü başa vurub.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, o, La Liqanın VI turunda "Vilyarreal"a (5:1) qarşı keçirilən matçda sıradan çıxıb.

İlk hissənin sonlarında yerdə qalan almaniyalı əlcək sahibi meydanı xərəkdə tərk edib. 32 yaşlı qolkiper yaxın müddətdə əməliyyat olunacaq.

Qeyd edək ki, Mark-Andre ter Ştegenin 8 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM