satellite   Azerspace-1: 11135 H 30000

Avropa Liqası: “Qarabağ”ın İngiltərəyə səfər planı məlum olub

Avropa Liqası: “Qarabağ”ın İngiltərəyə səfər planı məlum olub

“Qarabağ”ın UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda “Tottenhem”lə oyun üçün İngiltərəyə səfər planı bəlli olub.

Klubdan Naxçıvan televiziyası-a verilən məlumata görə, Ağdam təmsilçisi Londona sentyabrın 24-də çarter reysi ilə yollanacaq. Komandanı aparan təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxacaq.

“Qarabağ”ın monteneqrolu müdafiəçisi Marko Veşoviç zədə səbəbindən matçda iştirak edə bilməyəcək.

Azərbaycan çempionu oyundan dərhal sonra Bakıya qayıdacaq.

Qeyd edək ki, sentyabrın 26-da Londondakı “Tottenhem Hotspur” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM