satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ"ın baş məşqçisi: "UEFA Avropa Liqasının yeni formatına tam öyrəşə bilməmişik"

"Qarabağ"ın baş məşqçisi: "UEFA Avropa Liqasının yeni formatına tam öyrəşə bilməmişik"

UEFA Avropa Liqasının yeni formatına tam öyrəşə bilməmişik.

Naxçıvan televiziyası xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçin "Malmö" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis əvvəlki formatın onlara daha uyğun gəldiyini söyləyib:

"Düzünü desəm, yeni formata hələ uyğunlaşmamışıq. Bizim kimi futbol ölkələrinə az komandanın yer aldığı qrupda olmaq sərf edir. Çünki biri var 3 komandanı təhlil edəsən, biri də var 35 komandanın oyunlarını yaxından izləyəsən. Lakin istənilən halda bu bizə problem yaratmamalıdır. Çünki futbolun dili birdir".

Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM