satellite   Azerspace-1: 11135 H 30000

UEFA Avropa Liqası: "Qarabağ" İsveç təmsilçisi ilə qarşılaşacaq

UEFA Avropa Liqası: "Qarabağ" İsveç təmsilçisi ilə qarşılaşacaq

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda bu gün İsveç təmsilçisi "Malmö" ilə qarşılaşacaq.

Naxçıvan televiziyası xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün start fiti saat 20:45-də səslənəcək.

Görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

UEFA Avropa Liqası

Liqa mərhələsi

II tur

3 oktyabr

20:45. "Qarabağ" - "Malmö" (İsveç)

Baş hakim: Anastasios Papapetru.

Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda səfərdə "Tottenhem"ə 0:3 hesabı ilə uduzmuşdu. "Köhlən atlar" turnirdə növbəti matçını oktyabrın 24-də Bakıda "Ayaks"a (Niderland) qarşı keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM