satellite   Azerspace-1: 11135 H 30000

"Liverpul"un baş məşqçisi klubu adına yeni rekorda imza atıb

"Liverpul"un baş məşqçisi klubu adına yeni rekorda imza atıb

İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slot komandası adına yeni rekorda imza atıb.

Naxçıvan televiziyası xəbər verir ki, niderlandlı çalışdırıcı klubdakı ilk 10 matçında 9 qələbə qazanan yeganə mütəxəssis olub.

46 yaşlı baş məşqçi Premyer Liqanın VII turunda "Kristal Pelas" üzərində qazanılan (1:0) qələbədən sonra bunu bacarıb.

"Liverpul"un A.Slotun rəhbərliyi altında tək məğlubiyyəti "Nottingem Forest"lə (0:1) matçda qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM