satellite   Azerspace-1: 11135 H 30000

Robert Levandovski "Top-5" liqalarının bombardirləri siyahısında üçüncü yerə yüksəlib

Robert Levandovski "Top-5" liqalarının bombardirləri siyahısında üçüncü yerə yüksəlib

İspaniyanın "Barselona" klubunun və Polşa yığmasının hücumçusu Robert Levandovski Avropanın "Top-5" liqaları tarixində ən yaxşı bombardirlər siyahısında üçüncü sıraya yüksəlib.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu bunu La Liqanın X turunda evdə "Sevilya" komandasını 5:1 hesabı ilə məğlub etdikləri matçda reallaşdırıb.

Polşalı ön xətt oyunçusu bu görüşdə iki qolun müəllifi olub.

Qeyd edək ki, R.Levandovskinin hesabında hazırda 366 qol var. Bu göstəricidə keçmiş almaniyalı futbolçu Herd Mülleri qabaqlayan hücumçu yalnız "Barselona" (İspaniya) və PSJ-də (Fransa) 496 qol vuran Lionel Messidən, həmçinin "Mançester Yunayted" (İngiltərə), "Real" (İspaniya) və "Yuventus"da (İtaliya) 495 qol vuran Kriştianu Ronaldudan geri qalır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM