satellite   Azerspace-1: 11135 H 30000

İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçilərinin reytinqi dərc edilib

İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçilərinin reytinqi dərc edilib

İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçilərinin reytinqi dərc edilib.

Naxçıvan televiziyası xəbər verir ki, məşhur "GiveMeSport" portalı tərtib etdiyi siyahıda ilk pilləyə "Çelsi"nin və İngiltərə yığmasının sabiq müdafiəçisi Con Terrini layiq görüb.

"Mançester Yunyted" və İngiltərə yığmasının keçmiş mərkəz müdafiəçisi Rio Ferdinand ikinci, niderlandlı futbolçu Vircil van Dayk ("Liverpul") isə üçüncü pillədə qərarlaşıb.

Nəşrin açıqlamasına görə, seçim aparılarkən əsas meyar kimi futbolçunun komanda üçün əhəmiyyətinə, qazanılan titullara, qol baxımından fəaliyyətinə, yüksək səviyyədə çıxış müddətinə və "quru" oyunların sayına diqqət yetirilib.

Qeyd edək ki, "Transfermarkt" portalına görə hazırda İngiltərə Premyer Liqasında Vilyam Saliba ("Arsenal") və Ruben Diaş ("Mançester Siti") ən bahalı müdafiəçilərdir. Hər iki milli üzvü 80 milyon avro dəyərində qiymətləndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM