satellite   Azerspace-1: 11135 H 30000

“Ayaks” “Qarabağ”la oyuna ciddi itki ilə çıxacaq

“Ayaks” “Qarabağ”la oyuna ciddi itki ilə çıxacaq

Niderland millisinin və “Ayaks”ın futbolçusu Stiven Berqeys UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"a qarşı keçiriləcək III tur matçını buraxacaq.

Naxçıvan televiziyası xəbər verir ki, 33 yaşlı hücumameyilli yarımmüdafiəçi zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşdə forma geyinməyəcək. Onun oktyabrın 27-də Niderland çempionatında “Villem II” klubu ilə ev qarşılaşmasında meydana çıxacağı ehtimal olunur.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" matçı saat 20:45-də start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM