satellite   Azerspace-1: 11135 H 30000

Avropa Liqası: "Qalatasaray" bu gün "Qarabağ"ın rəqibi ilə üz-üzə gələcək

Avropa Liqası: "Qalatasaray" bu gün "Qarabağ"ın rəqibi ilə üz-üzə gələcək

Türkiyənin "Qalatasaray" klubu bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi ilə üz-üzə gələcək.

Naxçıvan televiziyası-ın məlumatına görə, İstanbul təmsilçisi III turda İsveçin "Elfsborq" kollektivini qəbul edəcək.

Azərbaycan çempionunun bu turnirdəki digər rəqiblərindən olan Norveçin "Budyo Qlimt" komandası isə Portuqaliyada "Braqa"nın qonağı olacaq.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" noyabrın 7-də "Budyo Qlimt"in, dekabrın 11-də isə "Elfsborq"un qonağı olacaq. UEFA Avropa Liqasının Liqa mərhələsinin digər matçları oktyabrın 24-də təşkil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM