Naxçıvanda keçirilən futzal turnirinin qalibi bəlli olub - FOTOLAR

Naxçıvanda keçirilən futzal turnirinin qalibi bəlli olub<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən futzal turnirinin qalibi bəlli olub<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən futzal turnirinin qalibi bəlli olub<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən futzal turnirinin qalibi bəlli olub<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən futzal turnirinin qalibi bəlli olub<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən futzal turnirinin qalibi bəlli olub<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən futzal turnirinin qalibi bəlli olub<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən futzal turnirinin qalibi bəlli olub<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən futzal turnirinin qalibi bəlli olub<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən futzal turnirinin qalibi bəlli olub<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, oktyabrın 22-si İlham Əliyev adına Olimpiya İdman Kompleksində dövlət qurumlarının əməkdaşları arasında muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş futzal üzrə Naxçıvan Muxtar Respublika turnirinin final və üçüncülük görüşləri keçirilib. Böyük azarkeş dəstəyi və maraqlı idman mübarizəsinin yaşanıldığı final günündə mükafatçıların adları bəlli olub. 

Əvvəlcə meydana üçüncülük uğrunda görüş üçün Daxili İşlər (DİN) və Ədliyyə nazirliklərinin komandaları çıxıb. Oyun DİN təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Həlledici final matçında tamaşaçılar Maliyyə və Kənd Təsərrüfatı nazirliklərini təmsil edən komandaların mübarizəsinə şahidlik ediblər. Qarşılıqlı hücumları və qolları ilə izləyənlərə həyəcanlı anlar yaşadan tərəflərin mübarizəsində Maliyyə Nazirliyi 7:4 hesablı üstünlüklə turnirin qalibi olub. Kənd Təsərrüfatı Nazirliyi ikinci yerə sahib çıxıb. 

Final matçından sonra turniri ilk üçlükdə tamamlayan komandalar, fərqlənən oyunçular, məşqçi və hakimlər mükafatlandırılıblar. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov, Azərbaycan Futzal Federasiyasının (AFF), eyni zamanda Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov, maliyyə naziri Həsən İsmayılov, Kənd təsərrüfatı naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Xəyalə Dadaşova, Nazirlər Kabinetinin məsul şəxsi Həsən Kərimov və NFF-nin baş katibi Raqif Abbasov təqdim ediblər. 

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, AFF və NFF tərəfindən birgə təşkil olunan turnirə 17 komanda qatılmışdı.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM