satellite   Azerspace-1: 11135 H 30000

Premyer Liqa: Təxirə salınmış "Zirə" - "Araz-Naxçıvan" matçının təyinatları müəyyənləşib

Premyer Liqa: Təxirə salınmış "Zirə" - "Araz-Naxçıvan" matçının təyinatları müəyyənləşib

Misli Premyer Liqasında III turdan təxirə salınmış “Zirə” – “Araz-Naxçıvan” oyununun təyinatları müəyyənləşib.

Naxçıvan televiziyası Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanı Rauf Cabarov idarə edəcək.

Ona meydanda Eyyub İbrahimov və Asiman Əzizli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək. VAR-da Nicat İsmayıllı yer alacaqsa, AVAR hakimi Kamran Bayramov olacaq.

Görüşün hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi İlham Əliyev olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 6-da, saat 19:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM