satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqasının oyununda halı pisləşən "Bavariya"nın azarkeşi vəfat edib

Çempionlar Liqasının oyununda halı pisləşən "Bavariya"nın azarkeşi vəfat edib

Çempionlar Liqasında Portuqaliya təmsilçisi "Benfika" ilə matç zamanı halı pisləşən Almaniyanın "Bavariya" klubunun azarkeşi vəfat edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Hadisə oyunun əvvəlində baş verib. Azarkeşlərdən biri özünü pis hiss edib. İlkin tibbi yardım göstərilən fanat xəstəxanaya aparılarkən vəfat edib. Bu faciəli xəbər klubun sosial media hesablarında da paylaşılıb.

Həmrəylik əlaməti olaraq "Bavariya"nın digər azarkeşləri matçın sonuna qədər komandanı fəal dəstəkləməyi dayandırıblar.

Qeyd edək ki, noyabrın 6-da baş tutan “Bavariya” - “Benfika” görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM