satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ" klubu dünya reytinqində daha 12 pillə geriləyib

"Qarabağ" klubu dünya reytinqində daha 12 pillə geriləyib

"Qarabağ" dünya klublarının reytinq siyasında daha 12 pillə geriləyib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında məlumat yayıb.

Azərbaycan çempionu 507 komandanın olduğu cədvəldə 167,25 xalla 72-ci yerdə qərarlaşıb. Ağdam təmsilçisi oktyabrda 8 pillə geriləmişdi.

18 mövqe itirən "Zirə" (94,25 xal) 219-cudur. 12 sıra aşağı düşən "Sabah" (59,50 xal) isə 423-cü ola bilib.

Qeyd edək ki, siyahıya 414 xalla İspaniyanın "Real" klubu başçılıq edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM