satellite   Azerspace-1: 11135 H 30000

2024-cü ilin ən yaxşı hücumçusu adına namizədlərin adları açıqlanıb

2024-cü ilin ən yaxşı hücumçusu adına namizədlərin adları açıqlanıb

"Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı hücumçusu adına namizədlərin adlarını açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, siyahıda 10 futbolçu yer alıb.

Siyahıya Artyom Dovbik ("Roma", İtaliya), Fil Foden, Erlinq Holann (hər ikisi "Mançester Siti", İngiltərə), Harri Keyn ("Bavariya", Almaniya), Lautaro Martines ("İnter", İtaliya), Kilian Mbappe, Vinisius Junior (hər ikisi "Real", İspaniya), Məhəmməd Salah ("Liverpul", İngiltərə), Niko Uilyams ("Atletik", İspaniya) və Lamin Yamalın ("Barselona", İspaniya) adı daxil edilib.

"Globe Soccer Awards"ın rəsmi saytında finalçıların müəyyən ediləcəyi açıq səsverməyə start verilib.

Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 27-də Dubayda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM