satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın 10 şahmatçısı dünya birinciliyində iştirak edəcək

Azərbaycanın 10 şahmatçısı dünya birinciliyində iştirak edəcək

Azərbaycanın 10 şahmatçısı noyabrın 15-də İtaliyanın Montesilvano şəhərində start götürəcək kadetlər arasında dünya birinciliyində iştirak edəcək.

Bu barədə Naxçıvan televiziyası-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

8,10, 12 yaşlı qız və oğlanların yarışında ölkəmizi Mətin Bəkirli, Yasin Əzimov, Məhəmməd Kazımzadə, Əhməd Hüseynov, Yaşar Şirinov, Sabirə Muradlı, Mehriban Əhmədli, Nurgün Fəxrətzadə, Zəhra Allahverdi və Sadəgül Əfəndi təmsil edəcəklər.

Ümumilikdə yarışda 80-dən çox ölkədən 4000-dən çox yeniyetmə iştirak edəcək. Dünya birinciliyinə noyabrın 26-da yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM