satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb

Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb

Azərbaycanın FIFA dərəcəli hakimi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

Naxçıvan televiziyası AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Millətlər Liqasının C Divizionunun 3-cü qrupunda Lüksemburq və Şimali İrlandiya yığmaları arasında keçiriləcək VI tur oyununun baş hakimi olacaq.

Referiyə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Peter Bankes və Endryu Medli olacaqlar.

Noyabrın 18-də Lüksemburq şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM