satellite   Azerspace-1: 11135 H 30000

PSJ Xviça Kvaratsxeliyanı transfer etmək istəyir

PSJ Xviça Kvaratsxeliyanı transfer etmək istəyir

Fransanın PSJ klubu İtaliya təmsilçisi "Napoli"nin və Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliyanı transfer etmək istəyir.

Naxçıvan televiziyası "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike 23 yaşlı futbolçunu komandasında görməkdə israrlıdır.

İtaliya klubu futbolçunu heyətdə saxlamağa çalışsa da, hazırda müqavilə müddətinin uzadılmasında çətinliklər yaranıb. Çünki tərəflər təzminat məbləği ilə bağlı razılığa gələ bilmirlər.

Qeyd edək ki, X.Kvaratsxeliya cari mövsümdə bütün yarışlarda 14 oyun keçirib, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Neapol təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM