satellite   Azerspace-1: 11135 H 30000

"Çelsi" "Liverpul"un qapıçısını transfer etmək istəyir

"Çelsi" "Liverpul"un qapıçısını transfer etmək istəyir

İngiltərənin "Çelsi" klubu Premyer Liqanın digər təmsilçisi "Liverpul"un qapıçısı Kivin Kelleheri transfer etmək istəyir.

Naxçıvan televiziyası "The Sun"a istinadən xəbər verir ki, "zadəganlar" 25 yaşlı qolkiper üçün təxminən 42 milyon avro ödəməyə hazırdır.

Liverpul təmsilçisinin əsas qapıçısı Alisson Beker sağalıb sıraya döndüyündən, Kelleherin komandadan ayrılmaq niyyətində olduğu bildirilib. O, həmçinin İtaliya təmsilçiləri "Yuventus" və "Napoli"nin də maraq dairəsindədir. Lakin futbolçu İngiltərə Premyer Liqasında qalmağa üstünlük verir.

Qeyd edək ki, K.Kelleher "Çelsi" klubunun 11-ci qapıçısı ola bilər. Hazırda London təmsilçisinin heyətində Robert Sançes, Filip Yorqensen, Markus Betinelli, Corc Petroviç, Kepa Arrisabalaqa, Mayk Penders, Qebriel Slonina, Lyuk Kempbell, Ted Kerd və Teddi Şarman-Lou var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM