satellite   Azerspace-1: 11135 H 30000

Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb

Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Naxçıvan televiziyası AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Macarıstanda yerli “Ferentsvaroş” və İsveç təmsilçisi “Malmö” arasında keçiriləcək V turun matçını idarə edəcək.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferentsvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM