satellite   Azerspace-1: 11135 H 30000

Avropa Liqası: “Qarabağ” – “Lion” oyununun hakimləri açıqlanıb

Avropa Liqası: “Qarabağ” – “Lion” oyununun hakimləri açıqlanıb

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” ilə Fransanın “Lion” komandası arasında keçiriləcək IV tur oyununa təyinatlar açıqlanıb.

Naxçıvan televiziyası UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Nenad Minakoviç olacaq. Ona yan xətt hakimləri Nikola Boroviç və Boşko Bojoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.

VAR hakimi Momçilo Markoviç, onun köməkçisi isə Novak Simoviç olacaq.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM