satellite   Azerspace-1: 11135 H 30000

"Barselona"nın baş məşqçisi 2 oyunluq cəzalandırılıb

"Barselona"nın baş məşqçisi 2 oyunluq cəzalandırılıb

İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi "Barselona"nın baş məşqçisi Hans-Diter Fliki 2 oyunluq cəzalandırıb.

Naxçıvan televiziyası xəbər verir ki, buna mütəxəssisin La Liqanın XVI turunda "Betis"lə oyunda (2:2) hakimin qərarına etiraz etməsi səbəb olub.

Almaniyalı çalışdırıcı qarşıdakı iki turda komandasının görüşlərini tribunadan izləyəcək. Kataloniyalılar qərardan apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, "Barselona" qarşıdakı iki turda "Leqanes" və "Atletiko" (Madrid) ilə üz-üzə gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM