satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan UEFA reytinqində geriləyib

Azərbaycan UEFA reytinqində geriləyib

Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.

Naxçıvan televiziyası xəbər verir ki, buna "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda İsveçdə “Elfsborq”a uduzması (0:1) səbəb olub.

Azərbaycan 19.625 əmsalla 28-ci yerdə qərarlaşıb.

Ötən gün bu turnirdə “Ludoqorets”in Niderlandın AZ komandası ilə heç-heçə etməsi (2:2) Bolqarıstanın (19.625) Azərbaycana çatması ilə nəticələnib. Əmsallar bərabər olsa da, bolqarlar cari mövsüm əldə olunan nəticələrə əsasən 27-ci sıradadır.

Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (99.374) başçılıq edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM