satellite   Azerspace-1: 11135 H 30000

AFFA bir oyunda yaşananlara görə 9 futbolçu və 1 baş məşqçini cəzalandırıb

AFFA bir oyunda yaşananlara görə 9 futbolçu və 1 baş məşqçini cəzalandırıb

AFFA İntizam Komitəsi U-15 Liqasında baş tutmuş "Metak" - "Səbail" oyununda yaşananlara görə 9 futbolçu və 1 baş məşqçini cəzalandırıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, oyunçuların hamısı təcavüzkar davranışa görə diskvalifikasiya ediliblər.

"Metak"dan Seyfəddin Heydərov, Amir Tahirov, Seyid Davidov, Əli Zamanov, "Səbail"dən Nizami Hüseynli, Hüseyn Hüseynli, İlkin Mikayılov, Hüseyn Saracev və Raul Nəsirli qırmızı vərəqə aldıqları üçün 4 oyunluq cəzalanıblar.

"Metak"ın baş məşqçisi Mehman Səfərov isə hakimləri təhqir etdiyinə görə əvvəlki cəzasının üzərinə daha 5 matç əlavə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM