"Neftçi" "Araz-Naxçıvan"la heç-heçə edib

"Neftçi" "Araz-Naxçıvan"la heç-heçə edib

Misli Premyer Liqasında XXVIII turunda daha bir oyun keçirilib.

NUHÇIXAN-ın məlumatına görə, günün ilk matçında "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib.

Qarşılaşma heç-heçə yekunlaşıb - 1:1. 3-cü dəqiqədə Bassala Sambu meydan sahiblərini önə keçirib. 6-cı dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.

Bu nəticədən sonra xallarının sayını 48-ə.çatdıran Naxçıvan təmsilçisi üçüncü pillədəki mövqeyini qoruyub. "Neftçi" 32 xalla altıncı sıradadır.

Saat 19:00-da start götürəcək görüşdə "Sabah" "Sumqayıt"ın qonağı olacaq.

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. Tura martın 30-da yekun vurulacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM