satellite   Azerspace-1: 11135 H 30000

"Sabah" klubu 4000 manat cərimələnib

"Sabah" klubu 4000 manat cərimələnib

AFFA İntizam Komitəsi "Sabah" klubunu 4000 manat cərimələyib.

Naxçıvan televiziyası xəbər verir ki, buna komandanın məşqçisi Aleksey Antonyukun "Neftçi"yə qalib gəldikləri (2:1) Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında hakimlər briqadasını təhqir etməsi səbəb olub.

Baş məşqçinin köməkçisinə 3-ü şərti olmaqla 5 oyunluq cəza verilib. 

"Neftçi" isə azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi ucbatından 1500 manat ziyana düşüb. 

"Araz- Naxçıvan" klubu 700 manat cərimə edilib. Buna Naxçıvan klubunun 4 oyunçusunun "Qarabağ"ı məğlub etdikləri (1:0) görüşdə sarı vərəqə alması səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM