satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan millisi FIFA reytinqində geriləyib

Azərbaycan millisi FIFA reytinqində geriləyib

Azərbaycan millisi FIFA reytinqində iki pillə geriləyib.

Naxçıvan televiziyası ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv hazırda 1160 xalla 119-cu sırada qərarlaşıb.

Buna yığmanın beynəlxalq yoldaşlıq oyunlarında Haiti (0:3) və Belarusa (0:2) uduzması səbəb olub.

Qeyd edək ki, son dünya çempionu Argentina (1886.16) birinci pillədə qərarlaşıb. Bir mövqe irəliləyən İspaniya (1854.64) ikincidir. Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən Fransa (1852.71) üçüncü sıraya düşüb. Ukrayna (1559.81) 25-ci yerdə qalıbsa, dörd pillə geriləyən İslandiya (1336.55) 74-cüdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM