satellite   Azerspace-1: 11135 H 30000

UEFA Azərbaycan millisinə xəbərdarlıq edib

UEFA Azərbaycan millisinə xəbərdarlıq edib

UEFA 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinə xəbərdarlıq edib.

Naxçıvan televiziyası "Report"a istinadən xəbər verir ki, buna yığma üzvü Pərişan Abdullayevanın Avropa çempionatının ikinci seçmə mərhələsinin II turunda, Albaniya ilə matçda (0:4) meydana çıxması səbəb olub.

Birinci seçmə mərhələdə, Estoniya ilə qarşılaşmada (0:3) sarı vərəqə alan oyunçu ikinci tsiklin Şimali İrlandiya ilə ilk görüşündə (0:4) də eyni halla üzləşib. Abdullayeva bu səbəbdən Albaniya ilə oyunda iştirak etməməli idi.

Buna baxmayaraq onun adı sözügedən matç üçün sistemə yüklənib və UEFA nümayəndəsi də bunu təsdiqləyib. Lakin həmin şəxs qarşılaşmadan sonra bunun fərqinə varıb. Sonradan Pərişan Abdullayeva sonuncu turda Monteneqro (1:2) ilə matçın iştirak ərizəsinə salınmayıb və cəzasını həkim görüşdə çəkib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM