Azərbaycanın taekvondo klubu Avropa çempionatında ikinci yeri tutub

Azərbaycanın taekvondo klubu Avropa çempionatında ikinci yeri tutub

Azərbaycanın “Altay” taekvondo klubu Estoniyanın paytaxtı Tallində keçirilən klublararası Avropa çempionatında ikinci olub.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, yarışda ölkəmizi "Atlet" və "Mübariz" kollektivləri də təmsil ediblər.

Fateh Sultanlı (40 kq), Cahid İsmayılzadə (52 kq) və Fərid Məlikli (24 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Fərhad Məlikli (24 kq) gümüş, Əkbər Tağıyev (27 kq) və Əjdər Qalabəyov (36 kq) isə bürünc medal qazanıblar.

“Altay” komanda hesabında iki qızıl medalla 2-ci yeri tutub.

Xəbər lenti
Roma Papası vəfat edib

12:07 21.04.2025

Çox oxunan xəbərlər

CANLI YAYIM