satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan millisi UEFA İnkişaf Turnirində bu gün ikinci matçını keçirəcək

Azərbaycan millisi UEFA İnkişaf Turnirində bu gün ikinci matçını keçirəcək

Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci matçını keçirəcək.

Naxçıvan televiziyası-ın məlumatına görə, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Gürcüstan yığması ilə üz-üzə gələcək.

Moldova Futbol Federasiyasının Texniki Mərkəzinda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 12:00-da səsləndiriləcək.

Qeyd edək ki, U-17 ilk görüşdə Moldovaya 0:1 hesabı ilə məğlub olub. Komanda sonuncu görüşünü aprelin 19-da Estoniya millisinə qarşı keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM