satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: “Qarabağ” mübarizəyə II təsnifat mərhələsindən başlayacaq

Çempionlar Liqası: “Qarabağ” mübarizəyə II təsnifat mərhələsindən başlayacaq

“Qarabağ” UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünə II təsnifat mərhələsindən başlayacaq.

NTV  xəbər verir ki, buna Fransanın PSJ klubunun turnirin yarımfinalında İngiltərənin “Arsenal” komandasını məğlub edərək finala yüksəlməsi səbəb olub.

Həm Paris klubu, həm də onun finaldakı rəqibi olan İtaliya “İnter”i Çempionlar Liqasının əsas mərhələsinə öz ölkələrinin çempionatından vəsiqəni təmin ediblər. Nəticədə Çempionlar yolunun təsnifat mərhələlərində klublardan ən yüksək reytinqlisi (“Olimpiakos”, Yunanıstan) birbaşa Liqa mərhələsində iştirak hüququ əldə edib. II təsnifat mərhələsində bir komandanın azalması ilk raundda mübarizə aparacaq iki ən reytinqli klubun təsnifat yolunu qısaldıb. Beləliklə, Slovakiya təmsilçisi “Slovan” (33,500) və “Qarabağ” (32,000) ilk raunddan azad edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM