satellite   Azerspace-1: 11135 H 30000

Mbappe "El-Klasiko"da "Real" üçün əsrin ən yaxşı göstəricisinə imza atıb

Mbappe "El-Klasiko"da "Real" üçün əsrin ən yaxşı göstəricisinə imza atıb

İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe Madrid təmsilçisinin heyətində XXI əsrdə "El-Klasiko"da yeni rekorda imza atıb.

NTV  “Opta Sports”a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu bu müddətdə "Barselona"ya qarşı matçlarda het-trik edən ilk oyunçu olub.

"Kral klubu" ötən gün La Liqanın XXXV turunda səfərdə rəqibinə 3:4 hesabı ilə uduzub. Mbappe üç dəfə (5-p., 14, 70) rəqibin qapısına yol tapıb.

Daha əvvəl "Real"da "El Klasiko"larda bir görüşdə üç qol vuran futbolçu 1995-ci ilin yanvarında çilili forvard İvan Zamorano olub.

Qeyd edək ki, XXI əsrdə "Barselona"da Luis Suares və Lionel Messi bu qarşılaşmalarda het-trik edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM