satellite   Azerspace-1: 11135 H 30000

Polşada yüksək nəticə göstərən millimizin üzvləri arasında Naxçıvandan olan karateçilər də var - FOTOLAR

Polşada yüksək nəticə göstərən millimizin üzvləri arasında Naxçıvandan olan karateçilər də var<font color=red> - FOTOLAR</font> Polşada yüksək nəticə göstərən millimizin üzvləri arasında Naxçıvandan olan karateçilər də var<font color=red> - FOTOLAR</font> Polşada yüksək nəticə göstərən millimizin üzvləri arasında Naxçıvandan olan karateçilər də var<font color=red> - FOTOLAR</font> Polşada yüksək nəticə göstərən millimizin üzvləri arasında Naxçıvandan olan karateçilər də var<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata  görə Azərbaycanın ənənəvi karate üzrə milli komandası Polşanın Pulavı şəhərinə keçirilən Fudokan üslubu üzrə 10-cu dünya çempionatında iştirak edib. 8-11 may tarixlərini əhatə edən və 47 ölkədən 3000-dən çox idmançının qatıldığı yarışda təmsilçilərimiz 5 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 9 medal qazanmağa nail olublar. 

Naxçıvan Muxtar Respublikasından iki idmançı – Vüsal Seyidov və Məhəmməd Bağırov da çempionatda ölkəmizi təmsil ediblər. Maraqlıdır ki, 18-20 yaş kateqoriyasında çəkisi 70 kq-dək olan karateçilər arasında mübarizə aparan idmançılarımız finaladək uğurla irəliləyiblər və nəticədə həlledici görüşdə bir-birinə rəqib olublar. Görüşün qalibi olan Vüsal Seyidov dünya çempionu olub. Məhəmməd Bağırov gümüş medal qazanıb. 

Xatırladaq ki, bu nəticələr adıçəkilən idmançılarımızın beynəlxalq arenadakı ilk yüksək uğuru deyil. Belə ki, şotokan üslubunda Vüsal 3 dəfə, Məhəmməd isə 1 dəfə Avropa çempionu olmağı bacarıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM