satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu cəlb edib

“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu cəlb edib

“Araz-Naxçıvan” klubu heyətinə daha bir futbolçu cəlb edib.

NTV  xəbər verir ki, Çance Simakala Ba-Muaka ilə 1 illik müqavilə imzalanıb.

28 yaşlı hücumçu artıq Bakıdadır. Sağ və sol cinah yarımmüdafiəçisi kimi də çıxış edə bilən Simakala müxtəlif illərdə vətəni Almaniyada “Borussiya Münhenqladbax”, “Elfersberq”, “Redinqhausen”, “Kayzerslautern”, “Xolştayn Kil”, Niderlandın “Roda Kerkrad” klublarında forma geyinib. O, son mövsümü Almaniyanın III Bundesliqa təmsilçisi olan “Osnabruk” komandasında keçirib. Hücumçu 2014-cü ildə Almaniyanın U-18 millisində də yer alıb.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Coheni transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM