satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan klubu Türkiyədə “Trabzonspor”la qarşılaşacaq

Azərbaycan klubu Türkiyədə “Trabzonspor”la qarşılaşacaq

Yay təlim-məşq toplanışını iyulun 5-dən etibarən Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan”ın keçirəcəyi yoldaşlıq görüşlərinin tarixi və rəqibləri müəyyənləşib.

Klubdan NTV-yə verilən məlumata görə, komanda hazırlıq prosesi çərçivəsində üç yoxlama oyunu keçirəcək və bu matçların hamısında Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək.

Muxtar respublika klubu iyulun 9-da “Bayburtspor”, 11-də “Alanyaspor”, 17-də isə “Trabzonspor”la qarşılaşacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) münasibətlərinə aydınlıq gətirəcək. İyulun 24-də Liv Bona Dea Arenada keçiriləcək matç saat 20:00-da başlayacaq. Cavab oyunu bir həftə sonra səfərdə olacaq.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM