satellite   Azerspace-1: 11135 H 30000

"Araz-Naxçıvan" Türkiyə klubunu 14 cavabsız qolla məğlub edib

"Araz-Naxçıvan" Türkiyə klubunu 14 cavabsız qolla məğlub edib

Yeni mövsümə hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” ilk yoxlama oyununda böyükhesablı qələbə qazanıb.

NTV  xəbər verir ki, Naxçıvan təmsilçisi yerli “Bayburtspor”u 14:0 hesabı ilə məğlub edib.

“Qırmızı-ağlar” iyulun 11-də “Alanyaspor”, 17-də isə “Trabzonspor” ilə qarşılaşacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM