satellite   Azerspace-1: 11135 H 30000

Almaniya Futbol Federasiyasının üzvlərinin sayı 8 milyonu ötüb

Almaniya Futbol Federasiyasının üzvlərinin sayı 8 milyonu ötüb

Almaniyanın futbol tarixində yeni rekord qeydə alınıb.

NTV  xəbər verir ki, Almaniya Futbol Federasiyası (DFB) üzvlərinin sayının ilk dəfə olaraq 8 milyonu keçdiyini açıqlayıb. Bu rəqəm ötən illə müqayisədə 3,86 faiz artıb.

Ən böyük artım 16 yaşadək qızlar arasında qeydə alınıb. Bu yaş qrupunda üzvlərin sayı 9 faiz artıb. 2021-ci illə müqayisədə federasiyaya təxminən bir milyon nəfər üzv olub.

DFB, həmçinin ölkədə fəaliyyət göstərən hakimlərin sayında da artım olduğunu bildirib. Son on ildə ilk dəfədir ki, 60 min nəfərdən çox hakim aktiv fəaliyyət göstərir. Qadın hakimlərin nisbəti dəyişməyərək 4,5 faiz olaraq qalsa da, üzvlər arasında qadınların və qızların payı artmaqdadır.

Elvin Mövsüm

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM