satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ" yeni mövsüm üçün üçüncü transferini reallaşdırıb

"Qarabağ" yeni mövsüm üçün üçüncü transferini reallaşdırıb

"Qarabağ" yeni mövsüm üçün üçüncü transferini reallaşdırıb.

NTV xəbər verir ki, Portuqaliyanın “Mafra” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Kris Kuaku heyətə cəlb olunub.

Fil Dişi Sahilindən olan 25 yaşlı futbolçu ilə "2+2" illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da "6" nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlayan Kris 4 il sonra Danimarka təmsilçisi “Midtyullann”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.

Qeyd edək ki, Ağdam təmsilçisi bunadək daha iki futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM