satellite   Azerspace-1: 11135 H 30000

Konfrans Liqası: "Sabah" və "Araz-Naxçıvan"ın mümkün rəqibləri bəlli olacaq

Konfrans Liqası: "Sabah" və "Araz-Naxçıvan"ın mümkün rəqibləri bəlli olacaq

 

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

NTV  xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə "Sabah" və "Araz-Naxçıvan" klublarının da mümkün rəqibləri müəyyənləşəcək.

Bakı klubu III təsnifat mərhələsində Bolqarıstanın "Levski" komandasını üstələyəcəyi halda, “Rayo Valekano“ (İspaniya), “Strasburq” (Fransa), AZ Alkmaar (Niderland) – “Vaduts” (Lixtenşteyn), “Anderlext” (Belçika) – “Şerif” (Moldova) və “Luqano” (İsveçrə) – “Selye” (Sloveniya) cütlərinin qaliblərindən biri ilə üz-üzə gələcək.

Naxçıvan təmsilçisi isə III raundda Kiprin "Omoniya" komandasını mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Riqa” (Latviya) – “Beytar Yerusəlim” (İsrail), PAOK (Yunanıstan) – “Volfsberq” (Avstriya), “Rusenborq” (Norveç) – “Hammarbü” (İsveç) və ya “Hekken” (İsveç) – “Brann” (Norveç) cütlərinin qaliblərindən biri ilə qarşılaşacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Xatırladaq ki, pley-off mərhələsinin ilk oyunları avqustun 21-də, cavab görüşləri isə 28-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM