satellite   Azerspace-1: 11135 H 30000

Avropa Kuboku: Azərbaycanın gənc cüdoçuları komanda hesabında birinci olublar

Avropa Kuboku: Azərbaycanın gənc cüdoçuları komanda hesabında birinci olublar

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından NTV-yə verilən məlumata görə, son yarış günündə daha 2 cüdoçumuz dövlət himnimizi səsləndirib. Süleyman Şükürov (81 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıblar.

Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (60 kiloqram), Əbil Yusubov (73 kiloqram) qızıl, Fərid Qarayev (60 kiloqram) gümüş, Məhəmməd Musayev (66 kiloqram) isə bürünc medal əldə edib.

Azərbaycan millisi yekunda 4 qızıl, 1 gümüş və 1 bürünc medalla 26 ölkə arasında ümumi komanda hesabında birinci olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM