satellite   Azerspace-1: 11135 H 30000

Xankəndi, Xocalı və Ağdərəyə 56 milyon manatdan çox investisiya qoyulub

Xankəndi, Xocalı və Ağdərəyə 56 milyon manatdan çox investisiya qoyulub

İşğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın bərpası, iqtisadi fəaliyyət və məşğulluğun təmin edilməsi istiqamətində mühüm nəticələr əldə edilib. Ərazi üzrə ümumilikdə 506 obyektin icarəyə verilməsi təmin olunub. Xankəndi şəhərində 374, Ağdərədə 35, Xocalıda 97 obyekt sahibkarın istifadəsinə verilib. Hazırkı dövrədək ərazidə investorlar tərəfindən 56 milyon manatdan çox investisiyanın reallaşması baş tutub.

NTV  xəbər verir ki, bunu Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimində çıxışında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

Onun sözlərinə görə, fəaliyyətə başlamış obyektlər üzrə 2 mindən çox şəxs işlə təmin edilib: “Mövcud müqavilələr üzrə digər obyektlər də fəaliyyətə başladığı zaman iş yerlərinin sayı 5 mindən yuxarı olacaq. Qeyd olunan iqtisadi uğurların əldə edilməsində dövlətimizin işğaldan azad olunmuş ərazilərdə tətbiq etdiyi güzəşt mexanizmləri də əhəmiyyətli rol oynayıb”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM