satellite   Azerspace-1: 11135 H 30000

Avropa Liqası: Arda Turanın komandası yenidən Türkiyə klubu ilə qarşılaşa bilər

Avropa Liqası: Arda Turanın komandası yenidən Türkiyə klubu ilə qarşılaşa bilər

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

NTV xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Türkiyənin turnirdəki yeganə təmsilçisi “Samsunspor” komandasının da potensial rəqibləri bəlli olub.

Superliqa klubu Avropa Liqasının pley-off mərhələsində “Şaxtyor” (Ukrayna) – “Panatinaikos” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Türkiyəli mütəxəssis Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor” bundan əvvəlki mərhələdə “Beşiktaş”ı mübarizdən kənarlaşdırıb.

Qeyd edək ki, Avropa Liqasında pley-off matçları avqustun 21-də və 28-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM