satellite   Azerspace-1: 11135 H 30000

Kipr klubu "Araz-Naxçıvan"la oyun üçün Bakıya azarkeşsiz gələcək

Kipr klubu "Araz-Naxçıvan"la oyun üçün Bakıya azarkeşsiz gələcək

Kiprin "Omoniya" komandası Bakıda "Araz-Naxçıvan"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununa azarkeşsiz gələcək.

NTV xəbər verir ki, bu barədə Nikosiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komandanın Azərbaycana səfəri üçün bütün icazələr yalnız bu gün verildiyi üçün fanatları Bakıya aparmaq mümkün olmayacaq.

Ölkəmizə təkbaşına gəlmək istəyində olanların klubla əlaqə saxlamaları istənilib.

Qeyd edək ki, “Araz-Naxçıvan” - “Omoniya” matçı avqustun 7-də "Dalğa Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM