satellite   Azerspace-1: 11135 H 30000

“Qalatasaray” Alvaro Morata ilə yollarını ayırıb

“Qalatasaray” Alvaro Morata ilə yollarını ayırıb

Türkiyənin “Qalatasaray” komandasında ayrılıq yaşanıb.

NTV klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi heyətində icarə əsasında çıxış edən Alvaro Morata ilə vidalaşıb. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Müqavilə ilə İtaliya “Milan”ına məxsus olan ispaniyalı hücumçu A Seriyasının digər təmsilçisi “Komo”ya keçəcək.

“Qalatasaray” isə Moratanın gedişindən 5 milyon avro qazanacaq. O, bu ilin fevralında “cim-bom”a keçmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM