satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanlı cüdoçular Türkiyədə keçirilən beynəlxalq turniri uğurla tamamlayıblar - FOTOLAR

Naxçıvanlı cüdoçular Türkiyədə keçirilən beynəlxalq turniri uğurla tamamlayıblar<font color=red> - FOTOLAR</font> Naxçıvanlı cüdoçular Türkiyədə keçirilən beynəlxalq turniri uğurla tamamlayıblar<font color=red> - FOTOLAR</font> Naxçıvanlı cüdoçular Türkiyədə keçirilən beynəlxalq turniri uğurla tamamlayıblar<font color=red> - FOTOLAR</font> Naxçıvanlı cüdoçular Türkiyədə keçirilən beynəlxalq turniri uğurla tamamlayıblar<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata  əsasən Türkiyənin Samsun şəhərində "Uluslararası Karadeniz Judo Şampiyonası" turniri keçirilib. Beynəlxalq yarışda məşqçi Xəyal Qəhrəmanovun rəhbərliyi ilə Naxçıvan Uşaq Gənclər-İdman Məktəbindən 1 qız və 8 oğlan cüdoçu iştirak edib.

Təmsilçilərimiz 6-sı qızıl, 1-i gümüş, 1-i bürünc olmaqla, ümumilikdə 8 medal qazanıblar. Bu göstəricilər komanda hesabında da müsbət təsirini göstərib. U-13 yaş qrupunda birincilik, U-15 yaş qrupunda isə üçüncülük əldə olunub.

Yarışda İlham Nəcəfov (2013–2014, 23 kq), Şahin Quliyev (2013–2014, 26 kq), Ziya Əsədli (2013–2014, 30 kq), Ayaz Əliyev (2013–2014, 30 kq), Pərvin İsmayılov (2013–2014, 38 kq) və Yusif Əsədli (2010–2011, 55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Digər idmançılardan Sübhan Əkbərov (2013–2014, 23 kq) gümüş, Mürsəl Qafarli (2013–2014, 26 kq) isə bürünc medalla kifayətlənib.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM