satellite   Azerspace-1: 11135 H 30000

"Beşiktaş"ın yeni baş məşqçisinin kimliyi bəlli olub

"Beşiktaş"ın yeni baş məşqçisinin kimliyi bəlli olub

Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisinin kimliyi bəlli olub.

NTV "TRT Spor"a istinadən xəbər verir ki, "qara qartallar"ı bundan sonra Sergen Yalçın çalışdıracaq.

Qeyd olunub ki, S. Yalçın bu gündən artıq məşqlərə də qatılacaq.

Xatırladaq ki, bu, çalışdırıcının "Beşiktaş"da baş məşqçi kimi ikinci dönəmi olacaq. Belə ki, o, 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək "qara qartallar"ın baş məşqçisi olub və komanda ilə Türkiyə Superliqasını və kubokunu qazanıb.

Onu da bildirək ki, "Beşiktaş" norveçli baş məşqçi Ule Qunnar Sulşerlə UEFA Konfrans Liqasındakı uğursuz çıxışdan sonra yollarını ayırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM