satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsinə start verilib - FOTOLAR

Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsinə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsinə start verilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 10–17 Noyabr - Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə bağlı hazırladığı tədbirlər planının icrasına başlayıb.

Nazirliyin mətbuat xidmətindən NTV-yə bildirilib ki, həftə çərçivəsində gənclərin iştirakı ilə bir sıra idman, yaradıcı, intellektual və vətənpərvərlik konseptində tədbirlərin təşkili nəzərdə tutulur.

Həftə çərçivəsində ilk tədbir tələbələr arasında keçirilən badminton birinciliyi olub. Yarış noyabrın 12-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutub.

Nəticələrə əsasən, Naxçıvan Dövlət Universitetinin tələbələri Ferişdeh Abdulrezazadeh birinci, Sədaqət Rəhimova ikinci, Elvira Ovçuyeva isə üçüncü yerə sahib çıxıblar.

Qaliblərin mükafatlandırılması Beynəlxalq Tələbə-Gənclər Həftəsinin noyabrın 17-də keçiriləcək yekun tədbirində olacaq.

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM