satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda velosiped yarışı keçiriləcək

Naxçıvanda velosiped yarışı keçiriləcək

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında velosiped yarışı keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən NTV-yə bildirilib ki, yarış noyabrın 18-də saat 11:00-da başlanacaq. Marşrut Heydər Əliyev Muzeyinin qarşısından start götürərək Uzunoba gölünün ətrafında təyin olunmuş finiş nöqtəsinədək davam edəcək. Ümumi məsafə 10 kilometr təşkil edir.

Yarışda 14 yaşdan yuxarı qadın və kişilər iştirak edə bilərlər. Qeydiyyat prosesi artıq başlayıb. Qeydiyyat və ətraflı məlumat üçün 036 544 50 79 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.

Tədbirin məqsədi əhali arasında sağlam həyat tərzinin təbliği, fiziki fəallığın artırılması və zərərli vərdişlərdən uzaq qalmağın vacibliyinə diqqət çəkmək, eyni zamanda, ekoloji təmiz nəqliyyat vasitəsi kimi velosipedə marağın artırılmasıdır.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM