satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanlı alpinist Everest və Lhotse sertifikatlarının təqdimatını edib - FOTOLAR

Azərbaycanlı alpinist Everest və Lhotse sertifikatlarının təqdimatını edib<font color=red> - FOTOLAR</font> Azərbaycanlı alpinist Everest və Lhotse sertifikatlarının təqdimatını edib<font color=red> - FOTOLAR</font>

Beynəlxalq Dağlar Günündə Azərbaycanın alpinistlik tarixində ilkə imza atılıb.

NTV xəbər verir ki, azərbaycanlı alpinist Vəfa Musayeva (Qəhrəman) Everest (8 848 metr) və Lhotse (8 516 metr) zirvələrinə qalxış sertifikatlarını ölkədə ilk dəfə olaraq rəsmi şəkildə təqdim edib.

O, təqdimat zamanı bildirib ki, əsas məqsədi bu uğuru Azərbaycan ictimaiyyəti ilə bölüşməkdir. V. Musayeva bu il keçirilən eyni ekspedisiya çərçivəsində hər iki zirvəyə ardıcıl qalxaraq Azərbaycan alpinistləri, xüsusilə də qadın idmançılar arasında bir ilkə imza atıb. Everest və Lhotse zirvələrinə bir ekspedisiyada qalxmaq dünya üzrə az sayda qadının nail olduğu nəticədir.

Musayevanın dağçılıq fəaliyyəti yerli zirvələrdən — Bazardüzü, Şahdağ, Tufandağ və digər dağlardan başlayıb.

Qeyd edək ki, Everest zirvəsinə ayaq basan ilk qadın alpinist 1976-cı ildə Yaponiyadan olan Dyunko Tabey olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM