Misli Premyer Liqasında I turdan təxirə salınmış “Sabah”–“Qarabağ” matçının təyinatları müəyyənləşib.
Peşəkar Futbol Liqasından NTV-yə bildirilib ki, qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vüqar Həsənli yerinə yetirəcək.
VAR-da Tural Qurbanov, AVAR-da isə Asiman Əzizli olacaq.
Matç dekabrın 18-də “Bank Respublika Arena”da saat 19:30-da başlayacaq.
