satellite   Azerspace-1: 11135 H 30000

Ordubad şəhərində açıq hava idman qurğuları istifadəyə verilib - FOTOLAR

Ordubad şəhərində açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Ordubad şəhərində açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Ordubad şəhərində açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Ordubad şəhərində açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Ordubad şəhərində açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Ordubad şəhərində açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Ordubad şəhərində açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Ordubad şəhərində açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Ordubad şəhərində açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Ordubad şəhərində açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Ordubad şəhərində açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Ordubad şəhərində açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Ordubad şəhərində açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Ordubad şəhərində açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font>

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Dövlət Proqramının 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq Ordubad şəhərinin iki ərazisində - Heydər Əliyev Parkında və akademik Rəhim Rəhimov küçəsində sadə tipli açıq hava idman qurğuları sakinlərin istifadəsinə verilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə dekabrın 18-də Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli yeni istifadəyə verilmiş idman qurğularına yerində baxış keçiriblər. Baxış zamanı ərazidə idmanla məşğul olan yeniyetmə və gənclərə müraciət edən rəsmilər layihənin əhalinin, xüsusilə də gənclərin sağlam həyat tərzinə təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Eyni zamanda idman alətlərindən səmərəli və məqsədyönlü istifadənin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, yaradılan şərait dövlətin vətəndaş məmnunluğunun artırılmasına, gənc nəslin sağlam gələcəyinin təmin olunmasına, bədən tərbiyəsi və idmanın inkişafına verdiyi mühüm töhfənin bariz nümunəsidir. Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə edilib.

Quraşdırma aparılan hər bir ərazidə 12 dəst müxtəlif funksiyalı trenajor aləti, ətrafında skamyalar və tullantı qabları mövcuddur. Müxtəlif yaş qrupları üçün nəzərdə tutulan bu alətlər fiziki hazırlığın artırılması, əzələlərin möhkəmləndirilməsi və müxtəlif məşq proqramlarının icrası üçün əlverişli imkanlar yaradır.

Xatırladaq ki, əvvəlki günlərdə Babək və Şahbuz şəhərlərində, eləcə də Babək rayonunun Nehrəm və Cəhri qəsəbələrində açıq hava idman qurğuları istifadəyə verilmişdi. Bu prosesin yaxın vaxtlarda Şərur və Culfa şəhərlərini, Sədərək rayonunun Sədərək kəndini, həmçinin Kəngərli rayonunun Qıvraq qəsəbəsini də əhatə etməsi nəzərdə tutulur.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM